Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub.
S.İsmayılov xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.