27 Noyabr 2022 10:37
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü Teleqraf.com-a bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com