29 Noyabr 2022 11:36
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 26-da saat 22 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində bir nəfərin Bakı şəhər sakini İ.Zeynalova zor tətbiq edib, pulunu və gümüş qolbağını alması barədə polisə məlumat daxil olub.

Xətai rayon Polis İdarəsinni 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tural Bağırzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov