13 Dekabr 2014 15:59
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna qarşı təxribat edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda partiyanın təşkilati məsələlər üzrə sədr müavini Xəzər Teyyublu sosial şəbəkədə bildirib.

Xəzər Teyyublunun sözlərinə görə, təxribat “Azadlıq” radiosu tərəfindən edilib. Belə ki, sözügedən radio Mirmahmud Mirəlioğlundan müsahibə götürüb. Ancaq müsahibənin çap versiyasında onun adı Mirmahmud Fəttayev kimi yazılıb.

Bundan başqa, həmin müsahibədə KXCP-nin adı AKXCP kimi qeyd edilib. Xəzər Teyyublu qeyd edib ki, bütün bunların bilərəkdən edildiyi hiss edilir. O, məsələyə şərh verməyərək bu hərəkətin ayıb olduğunu xüsusilə qeyd edib. Mirmahmud Mirəlioğlunun özü isə məsələyə şərh vermək istəməyib.


Müəllif:

Oxşar xəbərlər