13 Dekabr 2014 16:18
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalifət düşərgəsində təmsil olunsa da, hazırda tam fərqli siyasi xətt tutub.

Teleqraf.com xəbər verir ki, bələdiyyə seçkilərinə 300 namizəd irəli verməklə qatılan bu partiya müxalif düşərgədə özünəməxsus siyasi xətt izləyir. Belə ki, müxalifət düşərgəsində bir qrup partiya və QHT Milli Şurada təmsil olunur.

Bu qurum özünü real müxalifət olduğunu hər yerdə bəyan edir. Səkkizdən çox partiya isə Demokratiya və İnsan Hüquqları Mərkəzində bir araya gələrək nisbətən liberal siyasi xətti müdafiə edir. Hazırda hər iki qurumun arasında münasibətlər kəskindir. AMİP isə bu məsələlərə müdaxilə etmir və təkbaşına fəaliyyət göstərməyi məqbul hesab edir. İndiki situasiyada AMİP mitinqlərə də qoşulmur. Partiya bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkilərinə hazırlaşmaq barədə düşünür.


Müəllif:

Oxşar xəbərlər