1 Dekabr 2022 20:13
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər.

Qəzada xəsarət alanlar:
1. Yusibov Elmir 1988
2. Hacıyev Bayram 1999
3. Rəfiyev Xudayar 2007
4. Hacıyeva Aişə 1997

Ölən:
Aslanova Bəsdi 1990


Müəllif: Teleqraf.com