Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, dekabrın 6-da saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 30 manatını talaması barədə polisə məlumat daxil olub.
12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elvin Tağıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.