11 Dekabr 2022 01:16
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsfahan Sənaye Universitetinin kimya laboratoriyasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın İsfahan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Mənsur Şişeforuş yayıb.

O bildirib ki, hadisə yerli vaxtla 19:38 -də baş verib. 12 yanğınsöndürmə briqadası hesabına yanğın söndürülüb.

Yanğının səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər