Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.
Faktla bağlı Şirvan şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.