Bakının Binəqədi rayonunda oğurluq hadisələri baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.