22 Dekabr 2022 11:30
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar.

Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilib.

Adıçəkilən şəxslərlə bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov