Samaradan Bakıya gələn “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda yaranan nasazlıq səbəbindən hava limanına qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Kuybışev Nəqliyyat Prokurorluğu 2023-cü il fevralın 2-də 773 saylı marşrut üzrə Samara - Bakı reysini yerinə yetirən təyyarənin texniki səbəbdən hava limanına qayıtması ilə əlaqədar uçuşların təhlükəsizliyinə və sərnişinlərin hüquqlarına riayət olunmasına dair yoxlama aparır”, - məlumatda deyilir.
İlkin məlumatlara görə, saat 12:40-da Utair şirkətinin Boeing-735 təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoch hava limanından havaya qalxdıqdan sonra geri qayıtmaq qərarına gəlib.
Volqa Nəqliyyat Prokurorluğundan bildirilib ki, 67 sərnişin, o cümlədən biri azyaşlı uçuş üçün qeydiyyata alınıb.