Bakının Səbail rayonunda sabiq polis işçisini bıçaqlamaqda təqsirli bilinən Ələddin Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə 1995-ci il təvəllüdlü Asim Abdullazadəyə 2000-ci il təvəllüdlü Ələddin Əhmədli tərəfindən bıçaq zərbələri vurulub.
Hadisə avtomobillə tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.
Bu hadisəni törətməkdə təqsirli bilinən Ələddin Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Asim Abdullazadə vaxtilə daxili işlər orqanlarında serjant işləyib.