4 Fevral 2023 23:43
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir vilayətində yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, Diyarbəkir-Şanlıurfa yolu ilə hərəkət edən sərnişin avtobusu yolun buzlamasına görə idarəetmədən çıxaraq dərəyə aşıb.

Məlumata əsasən, qəza nəticəsində 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.


Müəllif: Teleqraf.com