25 Dekabr 2014 11:56
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat: “Bu ölkəyə 19 milyard investisiya qoyulub”

“Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda prezidentimiz İlham Əliyevin sərəncamı ilə işlənib hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurların davamlılığının təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. Sözsüz ki, qarşıdakı illlərin prioritetləri müəyyənləşdirilərkən ötən illərdə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Bu ilin setyabarın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində “Cənub” qaz dəzlizinin təməlinin qoyulması mərasimində prezidentmiz İlham Əliyev enerji sektorunda qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq bildirdi ki, bugünkü tədbir görülən işlərin zirvəsidir. Təbii ki, BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar olmasaydı isə “Cənub” qaz dəhlizindən danışmaq qeyri-mümkün idi. Çoxtərəfli əməkdaşlığın davamlığının təmin edilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyi bildirilir”.

Bunu Milli Məclisin deputatı Ayaz Orucov deyib. Millət vəkilinin sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün prioritetləri özündə ehtiva edir: “ Ən başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bunun üçün bütün imkanlar mövcuddur. Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək dinamikaya malik iqtisadiyyat olduğunun sübut olunması, iqtisadi göstəricilərin beynəlxalq aləmin diqqətində olması, iqtisadi artımın sürətinə görə ölkəmizin dünyada birinciliyi ələ alması, büdcəmizin 20 dəfədən artıq yüksəlməsi və digər iqtisadi yüksəliş möcüzələrinin nümayiş etdirilməsi məhz yaşadımız son 10 ilin reallıqlarıdır. Tam əminliklə deyə bilərik ki, ötən bu dövrdə yaradılan etibarlı baza növbəti illərdə Azərbaycanın inkişafı üçün əsas rol oynayacaq. Azərbaycan dövlətinin qüdrəti bundan sonra daha da artacaq, iqtisadi imkanları yüksələcək, ölkə vətəndaşları özünü daha rahat hiss edəcək. Yeni-yeni hədəflər gələcəyə böyük inamdan irəli gəlir. İnkişafın Azərbaycan modeli mövcuddur və bu konsepsiya ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq”.

Deputat bildirib ki, neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir:

“2004-cü ildən bu günə qədər bir milyon 300 min yeni iş yeri açılıb ki, bunun 900 mindən çoxu daimidir. İşsizlik 5 faiz, yoxsulluğun səviyyəsi 5,3 faizdir. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması Azərbaycanın 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında özünü qabarıq şəkildə büruzə verdi. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 38-ci yerdədir. Həyata keçirilən iqtisadi islahatların əsasında Azərbaycan vətəndaşının dayandığını nəzərə alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən işlərin davamlılığı da diqqətçəkəndir. İqtisadiyyatın inkişafının əsas göstəricilərindən olan ümumi daxili məhsulun 3,4 dəfə artması mühüm uğurdur. Son 10 ildə uğurlu islahatların nəticəsində Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Regionda inkişaf parametlərinə görə liderliyi ələ alan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən çoxuna sahibdir. Dövlət büdcəmiz son on ildə 20 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə bu rəqəm 1,2 milyard dollar idi. Valyuta ehtiyatımızı 53 milyard dollar səviyyəsindədir. İqtisadiyyata qoyulan investisiyalar 160 milyard dollara çatıb. Təkcə cari ilin ötən dövründə iqtisadiyyata qoyulan investisiyaların həcmi 19 milyard dollardır. Bunun 11 milyard dolları daxili sərmayədir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər