Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev intihar edib. Hadisə Sumqayıtda baş verib. Belə ki, vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.