Sosial Şəbəkələrdə azyaşlının döyülməsi ilə bağlı əks olunan videogörüntü ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirilib.
Baş İdarənin 1-ci polis Şşbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
Etibar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.