12 Fevral 2023 00:43
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 12 m² sahədə, dam örtüyü 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com