İsmayıllı rayonunun Lahıc qəsəbəsində içərisində 2 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb və hərəkəti təmin edilib.