Sumqayıt şəhərində qadın şantaj olunub.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib, 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.