Bakının Sabunçu rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Vidadi Müseyibovun cinayət işi üzrə məhkəmə başlayır.
Teleqraf.com xəbər verir ki, Vidadi Müseyibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi işi araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən ilin noyabrın 11-də, saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 38 yaşlı Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri,44 yaşlı Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Vidadi Museyibov hadisədən bir neçə gün əvvəl Rusiyadan Azərbaycana gəlib. Aralarında yaranan ailədaxili münaqişə zamanı Vidadi Müseyibov həyat yoldaşı əvvəlcə döyüb, sonra bir neçə bıçaq zərbəsi vurub. Onun Sevinc Museyibovaya 13 bıçaq zərbəsi vuraraq qətlə yetirməsi üzə çıxıb.
İstintaq orqanı tərəfindən Vidadi Müseyibovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.