24 Fevral 2023 12:03
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Yaşar Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobil ödənilməyən cəriməsi olduğuna görə saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o və sərnişini, paytaxt sakini Ayaz İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.

Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar.

Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər