2 Mart 2023 15:54
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Teleqraf.com xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

10:27

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, “Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

09:43

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşır.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər