Martın 11-də, saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Abşeron rayon prokurorluğundan bildirilib.
Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam etdirilir.