Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsindəki evlərdən birində bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.
Araşdırmalara görə meyit 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur. O əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olub.