25 Mart 2023 09:27
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər