1 Aprel 2023 21:56
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində "VAZ 2107" markalı avtomobilin sürücüsü iki piyadanı vurub.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib. Sürücü Alməmmədov Asif idarəetməni itirib və yolu keçmək istəyən şəxsləri vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com