Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 3-də günorta saatlarında Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyib 450 manatını talaması barədə polisə məlumat daxil olub.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Cavid Bağırzadə qısa müddətdə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.