Narkotik vasitə ilə saxlanılan Lənkəran sakininin həmkəndlisinin evindən oğurluq etdiyi də məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Lənkəran rayon Separadi kənd sakini, əvvəllər məhkum olunmuş Faiq Fərəcov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və üzərindən heroin aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oğurluq əməlinin də üstü açılıb.
Belə ki, F.Fərəcovun həmkəndlisinə fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oradan 900 manat dəyərində müxtəlif məişət əşyalarını oğurladığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.