Adanada 44 yaşlı Əbdürrəhman Kılıç və 15 yaşlı oğlu Saleh Kılıç silahlı hücum nəticəsində öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Yüregir rayonunun Yunus Əmrə məhəlləsi, 747 saylı küçədə baş verib.
İddiaya görə, məhəllədə silahlı dava baş verdikdən sonra ora polis gəlib. Hadisə yerinə gələn polislər 15 yaşlı Saleh Kılıçın öldüyünü, 44 yaşlı atası Əbdürrəhman Kılıçın isə yaralandığını müəyyən ediblər.
Xəsarət alan ata xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxilələrinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Polis hücumu həyata keçirən şübhəliləri tutmaq üçün tədbirlər görür.