Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü Nailə Babayevanın (ad və soyadlar şərtidir) ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
***
15.24
Mingəçevir şəhərində 10 yaşlı qız uşağı dərmanlanmış alçadan zəhərlənib ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Uşağın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bundan xəbərsiz birbaşa ağacdan üzdüyü alçaları yeyib.
Faktla bağlı araşdırma aparılır.