Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına silahlı hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücum edən şəxs yaxalanaraq istintaqa cəlb olunub.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “Twitter“ hesabında məlumat paylaşıb.
O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.