27 Aprel 2023 10:54
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 40 nəfərə qarşı dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər