Bakıda azyaşlının meyitinin aşkar edilməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan bildirilib.
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.