Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Prokurorluğundan bildirilib.
Mayın 24-də, saat 10 radələrində 1972-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əsgər Abdullayevin xəstəxanada ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1975-ci il təvəllüdlü Cavid Həmidovun rayonunun Çinarlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qohumu Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
***
11.04
Biləsuvar rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.
Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım gösyərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.