6 Yanvar 2015 11:44
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi partiya liderləri hakimiyyət nümayəndələri ilə görüşü davam etdirmək istəyirlər. 2014-cü il dekabrın 13-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşən siyasilərin növbəti dialoqunun nə vaxt olacağı bilinmir.

Görüşdə iştirak edən Azadlıq Partiyasının sədri Əhməd Oruc Teleqraf.com-a bildirib ki, əvvəlki görüş daha çox məsləhətləşmə xarakteri daşıyıb: "Əli Həsənov bildirdi ki, müzakirə olunacaq məsələləri konkretləşdirək və növbəti görüşdə bir məsələ ətrafında fikir mübadiləsi aparaq. Növbəti görüşün mövzusunu müəyyənləşdirməmişik. Amma əksəriyyət seçkilərlə bağlı müzakirələrin aparılmasının tərəfdarıdır".

Ə.Oruc qeyd etdi ki, növbəti görüşün vaxtı və formatı ilə bağlı yekdil rəy yoxdur: "Biz 8 partiya - KXCP, Ümid, Azadlıq, Aydınlar, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal və Demokrat partiyaları öz aramızda müzakirə aparıb təkliflə çıxış edəcəyik. Yanvarın sonu - Fevralın əvvəlində növbəti görüşün keçirilməsinə çalışacağıq. Bilirsiniz ki, dialoq təklifi ilə biz çıxış etmişik. Hakimiyyət dialoqda iştirak edən siyasi partiyaları müəyyənləşdirib. Bizimlə bir ittifaqda təmsil olunmayan partiya nümayəndələri də görüşdə iştirak edir. Bəzi partiyalar bu formatda görüşün keçirilməsinə etiraz edirlər və buna görə də görüşdə iştirak eləmirlər. Amma biz hesab edirik ki, görüşlər davam etdirilməlidir. Əli Həsənov da görüşün davam etdirilməsini mümkün sayıb və burada heç bir problem görmədiyini qeyd edib".

Ayxan


Müəllif:

Oxşar xəbərlər