1 İyun 2023 09:10
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Neftçala rayon rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 34-110 sm arası olan və yaş çəkisi 13 kiloqram 400 qram təşkil edən 152 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı Ş.Baxışov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində cinayət işi açılıb.

Araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər