6 Yanvar 2015 15:54
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfv sərəncamları ilə məhbus həyatı yaşamış vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalaması böyük humanizm nümunəsidir. Onun sözlərinə görə, ölkə rəhbəri hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, onlarla ailəyə sevinc bəxş edir.

“Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir” – deyə, Ç.Qənizadə qeyd edib.

Səxavət


Müəllif: