6 Yanvar 2015 16:19
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Göyçə-Zəngəzurda azərbaycanlıların hüquqları bərpa edilməlidir”

Azərbaycan Liberal Partiyası (ALP) 2015-ci ildə tam gücü ilə parlament seçkilərinə hazırlaşır.
Bu barədə partiya sədri Əvəz Temirxan danışıb. Onun sözlərinə görə, bu günlərdə ALP lideri Lalə Şövkətin iştirakı ilə görüş olub və daxili təşkilatlanma ilə bağlı müzakirələr aparılıb: “Biz partiyada keçirilən müzakirələrin piarını aparmağa ehtiyac duymuruq. Buna görə də görüşün detallarını açıqlamırıq. Digər partiyalarda başqa formadadır, biz onların bu hüququna hörmətlə yanaşırıq”.

“Fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməməliyik”

Ə.Temirxan son dövrlər dünyada baş verən proseslərlə bağlı ALP lideri lalə Şövkətin mövqeyini çatdırıb: “Lalə xanım hesab edir ki, Qərblə Şərq arasında siyasi tektonik qarşıdurmalar 12 ballıq miqyasla 12-ci bala yaxınlaşır. Onun fikrincə, Azərbaycan çalışmalıdır ki, heç bir halda öz maraqları uğrunda mübarizə aparan fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməsin”.

“Hökumətə simmetrik status təklifini vermişik”

Partiya sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. O əlavə edib ki, hələ 1990-cı ilin əvvəllərində ALP münaqişənin çözümü ilə əlaqədar hökumətə təkliflər irəli sürüb: “Biz simmetrik status, hamının hüququ bərpa olunmalıdır prinsipini təklif etmişdik. Ermənistan Dağlıq Qarabağda ermənilər üçün hansı statusu istəyirsə, azərbaycanlıları qovduğu və onların kompakt yaşadığı, şərti olaraq Göyçə-Zəngəzurda həmin statusla azərbaycanlıların hüquqlarını bərpa etməlidir. Bu gün Azərbaycan xalqı müəyyənləşdirməlidir ki, nə istəyir. Torpağımızdan qovulmuşuq, hansı şərtə onu geri qaytarmaq istəyirik, tələbimiz nədir, hansı haqlarımızın pozulduğundan xəbərimiz varmı suallarının cavabını bilməliyik. Biz deməliyik ki, hüquqlarımız pozulması təkcə Qarabağın işğal olunması ilə məhdudlaşmır. Xalq olaraq hüquqlarımızın pozulması özünü həm də Ermənistandan azərbaycanlıların qovulması, etnik təmizləmə siyasətində göstərir. Bunu dərk etməli, həlli yolunda qətiyyətli olmalıyıq. Bu münaqişə təkcə Hayastanın təcavüzkarlığından irəli gəlmir. Dünyanın yenidən düzənlənməsində Ermənistan-Azərbaycan arasındakı münaqişə açar rolunu oynayır. Buna o cür baxmaq lazımdır.

Azərbaycan hansı super dövlətlə müttəfiq olsa, o dövlət Avrasiya və dünyanı idarə edilməsində vacib rol oynayacaq. Azərbaycan strateji baxımdan o qədər əhəmiyyətli yerdədir ki, cənubdan şimala, qərbdən şərqə bütün quru yollar məhz Azərbaycandan keçir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər