18 İyun 2023 23:12
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək. Bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı ehtimal edilir.

Teleqraf.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında da iyunun 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər