Balakəndə kafedə yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Balakən şəhərində ümumi sahəsi 70 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxində quraşdırılan 1 ədəd elektrik sayğacı, 2 p.m kabel və lambirdən ibarət tavan 2 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.