8 İyul 2023 11:58
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.

Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər