16 İyul 2023 11:51
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Cəbrayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndinin 84-cü kilometrliyində piyada, 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.


Müəllif: Teleqraf.com