19 İyul 2023 10:52
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də paytaxtın Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birinin yararsız hala salınması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nizami rayon polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər