Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonu ərazisindəki Uzunoba gölündə iki nəfər boğulub.
Teleqraf.com xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Səadət Salman qızı Aslanlı, 1982-ci il təvəllüdlü Vüsal Əbülfəz oğlu Quliyevdir.
Onların meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb.
2010-cu il təvəllüdlü Murad Mahir oğlu Mehdiyev isə xilas olunaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası - 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
Allah rəhmət eləsin.
Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, həlak olan şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşıdır.