İsmayıllı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb.
Keçirilən əməliyyat zamanı İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı İsmayıllı rayon polis şöbəsində cinayət işi başlanılıb.
Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.