Göygöldə avtomobil yolunda sel sularının yaratdığı fəsadlar səbəbindən yaranmış problem həll olunub, nəqliyyatın hərəkəti bərpa edilib.
Teleqraf.com xəbər verir ki, axşam saatlarında yağan leysan nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qismən çətinliklər yaranıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb və nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, sel sularının avtomobil yolunda yaratdığı fəsadlar nəticəsində nəqliyyatın hərəkətində bir müddət çətinliklər yaranmışdı.