Batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub", - deyə FHN-dən bildirilib.