18 Avqust 2023 20:02
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda əri tərəfindən döyülən qadın özünü asıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Ərəgit kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Gülxar Məmmədəli qızı yaşadığı evdə kəndirlə özünü asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün son anda kəndiri onun boğazından çıxarıblar.

Koma vəziyyətinə düşən qadın təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Belə ki, Məmmədov Şakir İzətulla oğlu həyat yoldaşı Gülxar Məmmədovanı döyüb, işgəncələrə dözə bilməyən qadın özünü öldürmək istəyib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər