Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb.
Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.